HADİSƏ

Qan donduran QƏTL! 12 yaşlı qız azyaşlı qardaşını bıçaqladı

ABŞ-ın Oklahoma ştatında dəhşətli qətl hadisəsi baş verib.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, 12 yaşlı qız 9 yaşlı qardaşını bıçaqla qətlə yetirib.

Hadisə gecə saatlarında, uşaqların valideynləri yatdıqdan sonra yaşanıb. Qətlin ardınca hadisə yerinə polis və tibbi yardım qrupları cəlb edilib. Azyaşlı oğlan ilkin müdaxilədən sonra xəstəxanaya aparılıb. Əməliyyata götürülən 9 yaşlı oğlan gecə saat 02.30 radələrində dünyasını dəyişib. Qətli törədən 12 yaşlı qız polis tərəfindən nəzarətə götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Nilay

Oxşar Xəbərlər