Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razı olacaqmı?
"Türkiyə İsveç və Finlandiyanın alyansa daxil olmasını ratifikasiya edəcək".
32gun.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Mətbuat konfransındakı çıxışı zamanı danışan Stoltenberq bununla bağlı əminliyini ifadə edib:
"İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinə gəlincə. Əminəm ki, üzvlük prosesi başa çatacaq və bütün NATO müttəfiqləri üzvlük protokollarını parlamentlərdə ratifikasiya edəcəklər, bu Türkiyəyə də aiddir" - deyə o, əlavə edib.
Həmçinin, Stoltenberq iki şimal ölkəsinin alyansa daxil olması prosedurunu "tarixin ən sürətlisi" adlandırıb. Eyni zamanda o, əlavə edib ki, NATO-nun 30 ölkəsindən 28-i Finlandiya və İsveçin üzvlük protokollarını artıq ratifikasiya edib.
Məlumata görə, Türkiyə və Macarıstan ərizələri ratifikasiya etməyən ölkələrdir.
Qeyd edək ki, 2022-ci il mayın 18-də İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət etmiş, lakin bu proses Türkiyə tərəfindən əngəllənmişdi.
Nurlan Şiraliyev