HADİSƏ

Abşeronda güclü yanğın başladı - YENİLƏNİB (VİDEO)

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.

32gun.az xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

*** 11:00

Abşeronda güclü yanğın başlayıb.

32gun.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə Məhəmmədi qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində qeydə alınıb. 

Əlavə məlumat veriləcək.

Oxşar Xəbərlər