HADİSƏ

Dəhşətli QƏZA! Yük maşınına çırpılan avtomobilin sürücüsü faciəvi şəkildə ÖLDÜ (VİDEO)

Türkiyənin Bursa şəhərində dəhşətli qəza baş verib.

32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, minik avtomobili təhlükəsizlik zolağında dayanan yük maşınına çırpılıb.

Qəza magistral yollardan birində saat 08.30 radələrində yaşanıb. Zərbənin təsirindən avtomobil yük maşınının qoşqusunun altına düşüb.  Nəticədə minik avtomobilin sürücüsü faciəvi şəkildə dünyasını dəyişib.

Hadisədən sonra yük maşınının sürücüsü E.B. polis tərəfindən saxlanılıb.

Yük maşınının hansı səbəbdən magistral yolda dayanması hələlik məlum deyil. Qəza ilə bağlı araşdırma aparılır.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər