HADİSƏ
Azərbaycanda 30 yaşlı kişi itkin düşdü
Sumqayıtda 30 yaşlı kişi itkin düşüb.
32gun.az Lent.az-a istinadən xəbər verir ki, şəhərin 4-cü mikrorayonunda yaşayan Şükür Vaqif oğlu Şükürov yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.
Yaxınları onun itkin düşməsi barədə polisə məlumat veriblər.
Onun tapılması istiqamətində axtarış tədbirləri aparılır.