Ölkədən qaçan kriminal avtoritet haqqında film çəkiləcək - ŞOK İDDİA
Türkiyədə də xidmət göstərən məşhur rəqəmsal məzmun platforması "Netflix"in cinayətkar qruplaşmanın lideri Sedat Pekerə layihə təklifi etdiyi iddia edilib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, bu barədə Pekerin vəkili Ersan Barkın qatıldığı bir verilişdə açıqlama verib.
Barkın bildirib ki, hazırda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fərari olan Pekerin YouTube videolarından sonra belə bir təklif gəlib.
Filmlər, TV şouları, TV şouları, video oyunlar və internet məzmunu haqqında məlumatların onlayn bazası olan I MDB-də Peker adına bir kateqoriya açılmasının Netflix qruplarının diqqətini çəkdiyini ifadə edən Barkın, bundan sonra Netflix-in Pekerlə əlaqə saxladığını iddia edib:
"Netflix rəsmi təklif etdi. Sedat Pekerin videoları IMDb-yə daxil olanda insanlar bununla bağlı bəzi zarafatlar etdi, lakin Netflix-dən Sedat Pekerlə əslində əlaqə saxlanılıb.
O, Pekerin Netflix-dən gələn təklifə "Kimin oynayacağını bilmirəm, amma aktyorluq istedadından çox öz həyatında çox çılğın bir xarakter olmalıdır" cavabını verdiyini də qeyd edib.
Nilufər