HADİSƏ
65 yaşlı kişi 28 yaşlı qadını GÜLLƏLƏDİ
65 yaşlı kişi birlikdə yaşadığı 28 yaşlı qadını tapança ilə qətlə yetirib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 11 güllə yarası alan Pelin Sezər hadisə yerində həyatını itirib.
Polisin axtarışlarından sonra cinayətkarın İstanbula qaçdığı müəyyən edilib. Aparılan axtarışlar nəticəsində həmin şəxs saxlanılıb.
Eyni zamanda 28 yaşlı qadının, onu qətlə yetirən Mehmet Mehdi Okulevini kirayə yaşadığı ev sahibinə atası kimi təqdim etdiyi ortaya çıxıb.
Qətlin təfərrüatları araşdırılır.
Nilay