HADİSƏ

Bakıda ağır qəza: Xəsarət alan var (VİDEO)

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

32gun.az xəbər verir ki, hadisə Dilarə Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində baş verib.

“Toyota Prius” markalı 99-UV-323 dövlət nömrə nişanlı maşınla “Toyota Corolla” markalı 77-EU-316 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Hadisə zamanı 74 yaşlı Ruhəngiz Hüseynova başından və sol ayağından zədələnib. Zərərçəkən deyir ki, yolu keçərkən avtomobillər toqquşub və maşınlardan biri ona çırpılıb. //oxu.az

Oxşar Xəbərlər