SİYASƏT
Misir Prezidentinin Azərbaycana səfərinin vaxtı açıqlandı - YENİLƏNİB
Misir Prezidenti Əbdülfəttah əs-Sisinin azərbaycana səfərinin vaxtı açıqlanıb.
32gun.az xəbər verir ki, Əbdülfəttah Əl-Sisinin Azərbaycana səfəri yanvarın 27-28-də nəzərdə tutulub. Bu barədə Misirin Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfərin proqramı hələ dərc edilməyib.
Əs-Sisi Azərbaycanı tərk edərək Ermənistana gedəcək.
*** 12:10
Misir Prezidenti Əbdülfəttah əs-Sisi yaxın günlərdə Azərbaycana səfərə gələcək.
32gun.az xəbər verir ki, o, həmçinin Ermənistana səfər edəcək.
Bu, Sisinin Ermənistana ilk səfəri olacaq. Səfərlərin dəqiq tarixi açıqlanmayıb