Bursada 6 gün əvvəl evindən çıxıb, geri qayıtmayan, Müge Anlının verilişində də axtarışa verilən 31 yaşlı Rəcəb Arının cansız cəsədi meşədə tapılıb.
32gun.az Türkiyə KİV-nə istinadn bildrir ki, R.Arı itkin düşdüyü gün onun yanında olan yaxın dostu Qədir İ. canlı yayımda qətldə şübhəli bilinərək saxlanılıb. Canlı yayımda qətli təkzib edən Kadir polis bölməsind verdiyi ifadədə hər şeyi etiraf edib.
Efirdə hadisə ilə bağlı yeni məlumatlar verən Müge Anlı Qədirin bölmədəki ifadəsində öldürdüyü dostunun həyat yoldaşı ilə gizli sevgi münasibətinin ortaya çıxması səbəbindən qətli törətdiyini bildirib.
Qədir İ. "O, həyat yoldaşı Səlma ilə münasibətimizi öyrəndi, məni meşəyə apardı. Mən də onu öldürdüm" deyib.
Hadisə ilə bağlı Rəcəb Arının həyat yoldaşı və qardaşı da saxlanılıb.
Ayxan

