Türkiyə Prezidenti R.T.Ərdoğan zəlzələlər nəticəsində zərərçəkən əhali və dağılan binalarla bağlı açıqlama verib.
32gun.az xəbər verir ki, Ərdoğan bu barədə Türkiyə Milli Risk Qalxanı toplantısında danışıb:
" Zəlzələlər 14 milyon insanın həyatına birbaşa təsir etdi. Biz dağılmış, ciddi ziyan görən və dərhal söküləcək 214 min bina müəyyən etmişik".
Əsas prioritetin təhlükəsizlik olduğunu qeyd edən Türkiyə lideri, TOKİ tərəfindən tikiləcək evlərin 3 və ya 4 mərtəbəli olacağını bildirib.
Nurlan Şiraliyev