HADİSƏ
Axşam saatlarında DƏHŞƏTLİ XƏBƏR: 7 nəfər yaralandı
Bu gün Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
32gun.az xəbər verir ki, qəza axşam saatlarında Bakı-Qazax avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" və "Hyundai" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.