HADİSƏ
İntihar edən qız bu universitetin tələbəsi imiş - YENİLƏNİB
Bu gün intihar edən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi olub.
32gun.az xəbər verir ki, universitetin İbtidai təhsil fakültəsinin III kurs tələbəsi Gülşən Abbaslı uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada intihar edib.
*** 13:50
Bakıda gənc qız özünü xəstəxana binasından atıb.
32gun.az Lent.az-a istinadən xəbər veri ki, hadisə bu gün səhər saatlarında Milli Hemetologiya və Transfizioligiya Mərkəzində qeydə alınıb. Burada müalicə alan xərçəng xəstəsi 21 yaşlı Gülşən Abbaslı binanın 3-cü mərtəbəsindən özünü ataraq xəsarət alıb. O, yerləşdiyi Kliniki Tibbi Mərkəzdə ölüb.
G. Abbaslının ali təhsil ocaqlarından birinin tələbəsi olduğu bildirilir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.