Metroda BİABIRÇILIQ: Qadınlar əlbəyaxa davaya çıxdı - VİDEO (YENİLƏNİB)
Sosial şəbəkələrdə metroda qadınlar arasında baş verən davaya dair video yayımlanıb.
32gun.az xəbər verir ki, görüntülərin Bakı metrosunda lentə alındığı iddia olunub. DİN Mətbuat xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev isə bildirib ki, həmin görüntlərin Bakı metrosu ilə əlaqəsi yoxdur:
"Bu görüntülər Bakı metropolitenində qeydə alınmayıb. Metropolitendə Polis İdarəsində aparılan araşdırmalarla məlum olub ki, görüntülər başqa ölkədə çəkilib", - deyə DİN rəsmisi qeyd edib.
*** 10:30
Bakıda metrostansiyaların birində iki qadın arasında mübahisə dava ilə nəticələnib.
32gun.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Məlumata görə, olay metronun "Azadlıq" stansiyasında qeydə alınıb.
Qatar metroda hərəkət edərkən baş verən insident ətrafdakı şəxs tərəfindən lentə alınıb.