Türkiyənin Samsun vilayətində avtomobil gölə düşüb.
32gun.az yerli mediaya istinadən xəbər verir ki, Samsuna övladlarını ziyarət etmək üçün gələn ər-arvad qəza zamanı dünyasını dəyişib.
Belə ki, valideynlərindən xəbər ala bilməyən övladları polisə məlumat verib. Axtarışlardan sonra itkin düşmüş şəxslərin gecə saatlarında qəza keçirərək gölə düşdüyü, hər ikisinin dünyasını dəyişdiyi məlum olub. Əvvəlcə ata Yusuf Bulut, səhər saatlarında isə ana Şahsənəm Bulut tapılıb. Onu da qeyd edək ki, Yusuf Bulutun təqaüdçü axund olduğu ortaya çıxıb.
Nurlan Şiraliyev