SOSIAL ÖZ XƏBƏR

Bağırsoyun oğlu dəfn edildi - Manaf Ağayev nəşi qollarında daşıdı

Xəbər verdiyimiz kimi, aprelin 5-də Bakı-Salyan yolunda dəhşətli qəza baş verib. Nəticədə 4 nəfərə ölüb, 2 nəfər yaralanıb. Bildirək ki, vəfat edən şəxslərdən iki nəfəri sintizator ifaçısı Bayram Bağırsoyun anası və 3 yaşlı oğlu olub.

32gun.az xəbər verir ki, qəza zamanı dünyasını dəyişən azyaşlı ötən gün dəfn edilib.

Dəfndə B.Bağırsoyun həmkarları da iştirak edib. Müğənni Manaf Ağayev Bağırsoyun 3 yaşlı övladının nəşini qucağına götürərək məzara qoyub. Həmin anlar ətrafdakı şəxslər tərəfindən lentə alınıb.

Çarəsiz atanın durumu isə ürək dağlayıb.

Ayxan

Oxşar Xəbərlər