Türkiyənin Ərzurum vilayətində bədbəxt hadisə baş verib.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, canavar vilayətdəki məhəllələrdən birində sakinlərə hücum edib.
Nəticədə 1-i ağır olmaqla, 4 nəfər yaralanıb. Ətrafdakı şəxslərin köməyi ilə canavar zərərsizləşdirilib. Yaralılar təcili xəstəxanaya aparılıb. Onlardan iki nəfəri ilkin müayinədən sonra xəstəxanadan buraxılıb. Ağzından və ayağından yaralan digər iki nəfər isə başqa xəstəxanaya aparılıb. Ayağından yaralanan Sərdar Aydınlı müayinə edilərək buraxılsa da, Dəstəgül Uğurlu nəzarətə götürülüb. O, quduzluq şübhəsi ilə bir müddət xəstəxanada saxlanılacaq. Əgər ehtiyac olarsa, əməliyyat ediləcək.
Ayxan