SOSIAL ÖZ XƏBƏR

Kəlbəcərdə göldə boğulan şəhid kapitanın ölümündən əvvəlki görüntüsü

Kəlbəcərdə göldə boğularaq dünyasını dəyişən şəhid kapitan İlham Fərzəliyevin ölümündən əvvəl çəkilən görüntüsü yayılıb.

Belə ki, yayılan görüntüdə şəhidimizin əsgər yoldaşları ilə həmsöhbət olduğu, "Birazdan kəndimizə gedəcəm" ifadələrini işlədərək doğulduğu kəndi işarə etməsi lentə alınıb.

Bildirək ki, şəhid kapitan arzusuna qovuşub, doğulduğu rayonda da dünyasını dəyişib.

Qeyd edək, İ.Fərzəliyev Kəlbəcər rayon Tövlədərə kənd sakinidir, ailəli olub və bir övladı var.

Xatırladaq ki, şəhid kapitan 17 iyun 2021-ci il tarixdə Kəlbəcər rayonunda yerləşən Böyük Alagöl gölündə boğularaq dünyasını dəyişib. Onun nəşi bir gün sonra tapılıb. 19 iyunda isə Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn edilib. Əlavə edək ki, İlham Fərzəliyev Vətən müharibəsində iştirak edib və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

32gun.az kapitan İ.Fərzəliyevin ölümündən əvvəlki görüntüsünü təqdim edir:

Nurlan Şiraliyev

Oxşar Xəbərlər