Əsl Barbie gəlinciyinə oxşamaq üçün çoxsaylı plastik əməliyyatlar keçirən Nannette Hammond Loşev indi "dünyanın ən seksual taksi sürücüsü" kimi tanınır.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, milyarder ərindən boşandıqdan sonraüzrəində durmaq üçün cəhdlər etdiyini dilə gətirən Loşev, çörəkpulu qazanmaq üçün taksi sürücüsü kimi fəaliyyət göstərdiyini və həyatından çox razı olduğunu bildirib.
Həyat yoldaşından boşanma prosesində maddi cəhətdən çətin vəziyyətdə olduğunu dilə gətirən Loşev “Əvvəllər çoxlu avtomobillərim var idi və ürəyim istədiyi zaman onları dəyişmək hüququm var idi. Boşandıqdan sonra keçmiş həyat yoldaşım hamısını əlimdən aldı. Açıq-saçıq foto və videolarını sataraq özümə Tesla aldım və taksi sürücüsü işləməyə başladım. Müştərilərim maşına minəndə məni görəndə inana bilmirlər. Həmişə gözəlliyimlə bağlı şərhlər almaqdan zövq alıram” deyə bildirib.
Loşev 17 illik evliliyi dövründə bir dəfə də olsun borc ödəmədiyini və həmişə limitsiz maliyyə imkanlarının olduğunu bildirib:
“Dəbdəbəli həyatdan çıxmaq birdən özümü pis hiss etdim. Bununla belə, ayaq üstə durmağı bacardım. Mən daha çox pula görə bədbəxt evliliyə dözə bilmədim”.
Ayxan

