SOSIAL ÖZ XƏBƏR

Qalmaqallı şirkət daha bir qayda pozdu

"Man-Agro" MMC barəsində protokol hazırlanıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, İXM-nin 483-cü maddəsi (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) ilə hazırlanan protokol Qusar Rayon Məhkəməsinə təqdim edilib.

Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi, Mənsimov Elnur Ataş oğludur. 05.02.2015-ci ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Qusar rayonu, Urva kəndidir.

Qeyd edək ki, şirkətin yaydığı məlumatlarda adıçəkilən MMC-nin təsisçiləri kimi, Elnur Mənsimovla yanaşı Əkbər Manafovun da adı çəkilir. "Man-Agro" 2021-ci ildə Rusiyaya alma ixracına görə, icazə verilən 27 müəssisədən biridir.

Lakin 2022-ci ildə AQTA-nın məlumatına əsasən, “Man-Agro” MMC-nin idxal etdiyi “Universal məlhəm” aqrokimyəvi maddəsində kalsium, kalium, maqnezium və fosforun miqdarının normativ tələblərdən artıq olduğu, “Aqrokimya” MMC-nin idxal etdiyi “Agronom Çinko 10” aqrokimyəvi maddəsində bor və dəmir məhsulunun keyfiyyət sənədində göstərilənlərlə uyğunsuz olduğu aşkar edilmişdi. 

Ayxan

Oxşar Xəbərlər