SOSIAL ÖZ XƏBƏR

Vüqar Əhmədovun yeni təyin etdiyi RƏİS kollecin işığını kəsdi - 1 həftədir ki…

Artıq 1 həftədir ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecinə elektrik enerjisinin verilməsi dayandırılıb. 

Bu barədə 32gun.az-a adıçəkilən kollecin müəllimləri tərəfindən məlumat daxil olub. 

Bildirilir ki, elektrik enerjisinin verilməməsi üçün heç bir əsas yoxdur. Lakin, Qazax Elektrik Şəbəkəsinin bu yaxınlarda təyin edilmiş rəisi Namaz Mənsimov tərəfindən kollecin 2015-ci ildə elektrik enerjisinin borçlu tahsilinin olması bəhanə gətirilir. 

1200 tələbəsi, 100 nəfər müəllim ve 30 nəfər texniki işçi heyəti olan bir təhsil müəssisənin elektrik enerjisinin dayandırılması haqlı narazılıqlara səbəb olub. 

Mənbənin bildirdiyinə görə, artıq yay imtahan sessiyası yaxınlaşıb. Elektrik enerjisinin kesilmesi tədris prosesinə ciddi əngəllər yaradır.  

Qeyd edək ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun müvafiq əmri ilə Namaz Mənsimov 1 ay öncə Qazax Elektrik Şəbəkəsinə rəis təyin edilib. 

Ayxan 

Oxşar Xəbərlər