"Azrib" MMC məhkəməlik olub.
32gun.az-ın əldə etdiyi məlumata görə, Hüseynli İlkin Ramiz oğlu şirkət barəsində Gəncə Şəhər Məhkəməsinə müraciət edib. Maraqlısı odur ki, adıçəkilən şəxs "Azrib" MMC-nin Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsini daşıyır.
Sözügedən məhkəmə işinin mahiyyəti - Əmək mübahisələri - Əmək müqavilələri üzrə sair mübahisələrdir.
Bildirək ki, nizamnamə kapitalı 200 AZN olan şirkətin qanuni təmsilçisi, Ələsgərov Bayram İqaf oğludur. 13.06.2018-ci ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Gəncə şəhəri, 4 Mikrorayon, ev 5, m. 17-dir.
Xatırladaq ki, "Azrib" MMC Azərbaycan bazarında satış və distribütorluq fəaliyyəi ilə məşğuldur. Həmçinin, dünyada tanınmış qida və qeyri-qida markalarının distribütorudur.
Ayxan