ÖZ XƏBƏR
TƏCİLİ! Silah istehsal etməkdə şübhəli bilinən 7 nəfər saxlanıldı
Rizede polislər tərəfindən keçirlən əməliyyatlarda silah istehsal edib satmaqda şübhəli bilinən 7 nəfər saxlanılıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qara dəniz bölgəsindən İstanbula silah göndərildiyi müəyyən edilib.
Qruplar tərəfindən təqib edilən şəxslərə məxsus 8 ünvanda eyni vaxtda əməliyyat keçirilib.
Şəxslərə məxsus ünvanlarda aparılan axtarışlar zamanı 3 silah zavodu, 34 tapança lüləsi, 18 silah tətiyi, 2 tapança darağı və 1 tapança gövdəsi götürülüb.
Rza Hüseynov