Türkiyə polisi məşhur şirkətə məxsus ərazidə əməliyyat keçirdi - İki azərbaycanlı görün nəyin üstündə saxlanıldı (FOTO)
Türkiyənin Kocaeli bölgəsinin Dilovası mahalında Azərbaycandan gələn alüminiumla yüklənmiş TIR-larda iki qeyri-qanuni mühacir saxlanılıb.
32gun.az-ın məlumatına görə, hadisə Türkiyənin "Polisan Holding" şirkətinə məxsus Poliport limanında baş verib.
Məlumatda bildirilir ki, Polislər Azərbaycandan alüminium daşıyan 5 yük maşınına baxış keçirilib. Bu zaman yük maşınının qoşqusunda gizlənən 2 əcnəbi vətəndaş diqqət çəkib. Məlum olub ki, onlar ölkəyə qanunsuz daxil olublar.
Azərbaycandan gələn digər yük maşınlarında yoxlanılıb. Digər yük maşınlarında cinayət tərkibi aşkar edilməyib. Yaxalanan xarici qaçaqlar qanuni işlərdən sonra Deportasiya Mərkəzinə təhvil verilib.
Qeyd edək ki, "Polisan Holding" şirkəti Azərbaycanda da məşhurdur.
Nilufər
