Bir vaxtlar "Avstraliyanın ən pis seryalı qadın qatil" kimi tanınan dörd azyaşlı uşağını öldürməkdə günahlandırılan Ketlin Folbiq 20 ildən sonra azadlığa çıxıb.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, ortaya çıxan yeni sübutlar əsasında qadın övladlarını öldürmədiyi bəlli olub.
Lakin son araşdırmalardan sonra elm adamları körpələrin təbii yolla öldüyünü müəyyən etdiklərini açıqlayıblar.
55 yaşlı Folbiqin işi Avstraliyanın ən böyük ədalət səhvlərindən biri kimi təsvir edilib.
Məlumatda bildirilir ki, Kaleb, Patrik, Sara, Laura adlı 4 azyalı övladını öldürməkdə ittiham olunan qadın ömürlük həbs cəzasına məhkum edilmişdi.
Belə ki, 1989-1999-cu illər arasında 19 gündən 19 aya qədər olan uşaqlarnın qəfil ölümü Felbiqin məhkəmədə prokurorlar tərəfindən qatil kimi təqdim olmasına səbəb olmudu.
Lakin təqaüdçü hakim Tom Baturstun sədrliyi ilə keçirilən yeni istintaqda prokurorlar etiraf ediblər ki, gen mutasiyaları ilə bağlı araşdırmalar onların uşaq ölümləri ilə bağlı anlayışlarını dəyişib.
Ayxan


