DÜNYA ÖZ XƏBƏR

Metroda dəhşət: Rəisi "tok" vurub öldürdü - ANBAAN VİDEO

Meksikanın paytaxtı Mexikoda dəhşətli hadisə baş verib.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, ötən gün B xəttində yerləşən Okeaniya stansiyasında iki metro işçisi relslərin üzərində gedərkən müvazinətini itirərək yıxılıblar. İşçilərdən biri relslərin yanındakı elektrik xəttinə dəyib və onu cərəyan vurub.  Digər işçi isə cərəyana düşməyib.

Qısa müddətdə hadisə yerinə gələn həkim briqadaları "tok" vuran işçinin dünyasını dəyişdiyini müəyyən edib.  

Mexiko Metropoliteninin rəsmiləri hadisə ilə bağlı açıqlama verərək həyatını itirən əxsin stansiya rəisi olduğunu bildirib. Qeyd edilib ki, stansiya rəisi vəzifəsi yerinə yetirərəkən hadisə ba verib.  

Mexiko Şəhər Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb və stansiyada araşdırmalar aparıb. Hadisə anı stansiyadakı təhlükəsizlik kameraları və sərnişinlər tərəfindən anbaan lentə alınıb.

Ayxan 

Oxşar Xəbərlər