Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Tailand vətəndaşının ölkədən çıxışı məhdudlaşdırıla bilər.
32gun.az-ın Xəbər verir ki, Tailand vətəndaşı olan Thirathatsiriphot Prakaimasın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə vergi borcu yaranıb.
Vergi borcunun olmasına baxmayaraq Thirathatsiriphot Prakaimas ödənişləri etməkdən yayındığı üçün idarə tərəfindən məhkəməyə müraciət edilib.
Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyeva tərəfindən qərar qəbul edilərsə Thirathatsiriphot Prakaimasın ölkədən giriş və çıxışı məhdudlaşdırılaq.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin saytında qeyd edilir ki, Thirathatsiriphot Prakaimas "İnşaat Servisez" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi olub.
Onun adı Dövlət Miqrasiya Xidməti tərəfindən 20.10.2021-ci ildə iş icazələri ləğv edilmiş şəxslərin siyahısına daxil edilib.