"Camex” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən məhkəməlik olub.
32gun.az-ın xəbərinə görə, şirkət rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 398 maddəsi - qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilir.
İşə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyev tərəfindən baxılacaq.
Qərar qəbul edilərsə dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə- inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə ediləcək.
Bildirək ki, "Camex” MM-nin qanuni təmsilçi QALİNA SYUX VASİLYEVNAdır. irkətin nizamnamə kapitalı isə 100 AZN-dir
Xatırladaq ki, 2019-cu ildə “Camex” MMC-nin rəhbərləri Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinə rüşvət verməkdə günahlandırılırıb.
Ayxan