Sosial media platformalarından olan "Twitter"də "Feyza" adlı qadın istifadəçi hicablı olduğu üçün Alaçatıda çimərlikdə klubuna qəbul edilmədiyini paylaşıb.
32gun.az bildirir ki, məkan işçilərinin ona açıq şəkildə bunu dediyini deyən qadın həmin vaxt çəkdirdiyi videonu da paylaşıb.
Videonu paylaşan xanım həyat tərzinə hörmət edilmədiyini qeyd edib:
"Həyat tərzimə hörmət etməyən bir yerə girə bilməməyimə görə narahat deyiləm. Bunu başını quma basdıranlar üçün çəkmişəm, Alaçatıda əksər yerlər belədir. Mövsüm sakit olanda, hətta mövsüm başlamamış gəlirəm. Amma bəziləri hobbi kimi qütbləşməyə üstünlük verirlər.
Məgər "qurban ədəbiyyatı" ritorikası çox köhnəlməyib? Həyat tərzini təcrid etməyə haqq qazandıra bilməzsiniz. “Hər yerin geyim kodu var” deməklə həyat tərzini tamamilə təcrid etməyə haqq qazandıra bilməzsiniz.
Başa düşə bilmirəm ki, niyə hər iki tərəf mənə sanki gecə klubuna getmiş kimi reaksiya verir"
Məsələ qısa zamanda sosial mediada gündəm olub.
Ayxan