DÜNYA ÖZ XƏBƏR

QƏRİBƏ HADİSƏ: Yaşlı qadın marketin ortasında balet oynayıb, "şpaqat" açdı (VİDEO)

Türkiyədə maraqlı hadisə baş verib. Dənizli adlanan ərazidə yaşlı qadın alış-veriş üçün marketə gəlib və radioda sevdiyi musiqini eşidərkən rəqs şousu ilə hər kəsi təəccübləndirib. 

32gun.az xəbər verir ki, təhlükəsizlik kamerasına düşən görüntüləri marketin sahibi Şeyma Tüysüz sosial şəbəkədə paylaşıb. Paylaşım izləyicilər tərəfindən maraqla qarşılanıb. Oynayaraq irəliləməyə başlayan və sonra çantasını yerə qoyub pencəyini çıxaran yaşlı qadın oynadığı yeri səhnəyə çevirib. Təxminən 1 dəqiqə musiqi ilə əylənən yaşlı qadın sonda "şpaqat" açaraq baleti tamamlayıb.

Aysel Şirinova

 

Oxşar Xəbərlər