SOSIAL ÖZ XƏBƏR

Bu gün fəaliyyəti məhdudlaşdırılan firma görün kimin imiş

Xəbər verdiyimiz kimi, Bakıda süd məhsullarının emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 84 ünvanında fəaliyyət göstərən  “Amal” firmasına  məxsus süd məhsullarının emalı müəssisəsində planlı yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Aşkarlanan bütün nöqsanlarla bağlı protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən firmanın qanuni təmsilçisi Firudin Cəfərov  Sarı oğludur. 

“Amal” firmasının nizamnamı kapitalı 2000 manatdır. 07.09.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. 

Ayxan 

 

Oxşar Xəbərlər