DÜNYA ÖZ XƏBƏR

Lukaşenkodan Putinlə bağlı açıqlama: "silahları verməsini mən istədim"

Belarus prezidenti Aleksandr Lukaşenko Minsk bölgəsinə səfəri zamanı Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsi və bu silahlardan istifadə şərtləri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. 

32gun.az xəbər verir ki, Lukaşenko çıxışı zamanı bu fikirləri səsləndirib; ':Mən Rusiya prezidenti Vladimer Putindən stratejik deyil taktiki nüvə silahları verməsini xahiş etdim''

Prezident Belarusiyanın stratejik silahlara ehtiyacı olmadığını da vurğulayıb.

''Dünyada heç kim nüvə enerjisi ilə müharibə etməyib və mən onların bizimlə döyüşməsini istəmirəm. Bəs belə bir təhlükə varmı? Bəli. Bu təhlükənin qarşısını almaq lazımdır.

Demək olar ki, heç kim belə silahlara malik olan ölkə ilə döyüşmək istəmir. Bunlar çəkindirici silahlardır. Təbii ki, ondan istifadə edilməli olan vəziyyətlərdən qaçmaq istərdim, amma bizə qarşı hücum olarsa, heç bir tərəddüd olmayacaq" deyə o bildirib. 

Aysel Şirinova

Oxşar Xəbərlər