DÜNYA ÖZ XƏBƏR

Körpəyə uşaq bağçasında şiddət - Ailə ŞOKA DÜŞDÜ

Adının açıqlanmasını istəməyən ana 10 həftəlik körpəsini bağçadan götürməyə gedəndə gördüklərinə inana bilməyib.

32gun.az xəbər verir ki, uşağının üzünün cızıq və yaralarla dolu olduğunu görən anaya körpənin uşaq bezi dəyişdirilərkən bir müddət baxımsız qaldığını və kiçik bir qəzanın baş verdiyini bildiriblər.

Ana bu açıqlamaya inanmayıb və övladının zorakılığa məruz qaldığını iddia edib:

"Ürəyimdə böyük bir ağrı hiss etdim. Oğlumuzun başına gələn dəhşətli hadisə idi. Bunun təsadüfən olduğunu dedilrər  lakin biz bu izahatı qəbul edə bilmərik. Üzündə 20-dən çox cızıq var. Bu necə təsadüf ola bilər? "Əlbəttə, bunun qəza olduğuna inanmırıq" deyə ana bildirib.

Qeyd edək ki, hadisə Avstraliyanın Melbourne adlanan ərazisində baş verib. 

Aysel Şirinova

Oxşar Xəbərlər