Qazax Cümə Məscidinin “Azərişıq” ASC-yə borcu yaranıb.
32gun.az xəbər verir ki, məscid bir müddətdir borcu ödəyə bilmir.
Qəbzdə qeyd olunub ki, məscidin işığa son ödədiyi məbləğ iyunun 1-də 5 manat olub. Daha ödənilməsi tələb olunan məbləğ isə 1671 AZN olduğu göstərilib.
Problemin həlli üçün vətəndaşlar öz aralarında ianə yığmaq və borcu ödəmək fikrinə düşüblər.
Aysel Şirinova