"Bu bir daha onu göstərir ki, Ermənistan hələ də Azərbaycana qarşı ədavəti, düşmənçiliyi, müharibəni davam etdirmək istəyir".
Bunu 32gun.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Millət vəkili qeyd edib ki, bu hal davam edərsə ən çox əziyyyət çəkən tərəf Ermənistan olacaq:
"Təəssüf ki, biz bir neçə gündür müxtəlif istiqamətlərdə Ermənistan tərəfindən atəşkəsin ard-arda pozulduğunun şahidiyik. Xüsusilə də Naxçıvanda bu özünü açıq şəkildə göstərir. Bu bir daha onu göstərir ki, Ermənistan Azərbaycana qarşı düşmənçiliyi və təbliğatı davam etdirmək niyyətindədir.
Ermənistan bilməlidir ki, bu prosesdən ən çox əziyyyət çəkən özü olacaq. Ermənistan bunu anlamalı və təxribatlara son qoymalıdır. Azərbaycan ordusu Ermənistanın cavabını ən kəskin şəkildə verəcək və hər bir cəhdin qarşısı qətiyyətlə alınacaq. Biz bölgəyə sülhün gəlməsini istəyirik, müharibə istəmirik. Əgər Ermənistan müharibə istiyərsə Azərbaycan bunun qarşılığını ən sərt formada verməyə hazırdır. Ermənistan bu məsələlərdən ciddi şəkildə nəticə çıxartmalıdır. Bununla Ermənistan heç nəyə nail ola bilməyəcək və itkilər verəcək".
Aysel Şirinova