MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Qocaman aktyor körpüyə çıxıb intihar etmək istəyən gənci fikrindən döndərdi (VİDEO)
"Yeşilçam"da çoxsayda filmlərdə rol alan ustad aktyor Nuri Alço intihara cəhd edən gəncə müdaxilə edib.
32gun.az Türkiyı KİV-nə istinadən bildirir ki, maşını ilə Haliç körpüsündən keçərkən kütlənin və gəncin intihar etdiyini anlayan Alço hadisəyə biganə qala bilməyib.
72 yaşlı məşhur aktyor maşını saxlayıb. Nuri Alço dəmir barmaqlıqların o biri tərəfinə keçərək intihara cəhd edən gənclə danışıb. Alço uzun səylərdən sonra adamı razı sala bilib.
Hadisə yerində olanların köməkliyi ilə körpüyə aparılan gənc daha sonra Nuri Alçonu qucaqlayıb.
Hadisə oradakı vətəndaş tərəfindən anbean mobil telefon kamerası ilə lentə alınıb.
Ayxan

