SOSIAL ÖZ XƏBƏR

Otelə 1 gecənin ödənişini etdi, 2 il qalmağı bacardı

Hindistanın paytaxtı Dehlidə 5ulduzlu otellərdən birində dələduzluq hadisəsi yaşanıb. 

32gun.az xəbər verir ki, otelə gələn qonaqlardan biri tək gecəlik ödəniş etməsinə baxmayaraq oteldə 2 il qalmağı bacarıb. Araşdırmalardan sonra məlum olub ki, şəxsin otelə 5 milyon rubl borcu yaranıb. Jurnalistlərə açıqlamasında polis

"Otel qaydalarına görə qonaqlardan hər hansı birinin otelə 50 min rupidən çox borcu yaranarsa, əməkdaşlar ona xəbərdarlıq edir. Hərçənd, otel işçisi bunu etməyib və ödəniş edilməməsinə rəğmən oteldə qalınmasına icazə verib" deyə bildirib. 

Hadisənin təfərrüatlarına gəldikdə isə ehtimal edilir ki, otel işçisi bu prosesi digər qonaqların hesabları ilə oynayaraq və ya birini digərinə dəyişdirərək edə bilib.

Aysel Şirinova 

 

Oxşar Xəbərlər