SOSIAL ÖZ XƏBƏR

DƏHŞƏTLİ HADİSƏ: "Pitbull" azyaşlının barmaqların çeynədi - FOTO

Amerika Birləşmiş Ştatlarının Florida əyalətində valideyn biganəliyi 4 aylıq körpənin barmaqlarının kəsilməsi ilə nəticələnib. 

32gun.az xəbər verir ki, 21 yaşlı ana 4 aylıq körpəsini "pitbull" cinsindən olan itlə tək qoyaraq vanna otağına girib. Bir müddət sonra səs eşidərək geri qayıdan ana itin körpənin əlini çeynədiyini görüb. 

O, təcili yardım çağırmazdan əvvəl qanın dayanması üçün körpənin əlini sarıyaraq ilkin müdaxilə edib. 

Xəstəxanaya aparılan körpənin sol əlindən 3, sağ əlindən 2 barmağı qismən kəsilib. 

Narkoloji testdən keçən ananın qanında narkotik maddənin olduğu aşkarlanıb. 

Hadisə nəticəsində gənc valideyn barəsində həbs qətimkan tədbiri müəyyən olunub. 

ysel Şirinova

Oxşar Xəbərlər