SİYASƏT ÖZ XƏBƏR

"Kadırovçular Priqojinçilərlə qarşı-qarşıya gəlsələr..." - Siyasi Şərhçi

Bir zamanlar Putinlə müttəfiq olan Priqojinin, daha dəqiq desək rəhbəri olduğu Vaqner qrupunun Rusiyanın ən çətin dönəmində ona üz çevirməsi, hərbi çevrilişə cəhd etməsinin səbəbləri hər kəsə maraqlıdır.

Paşinyan hakimiyyəti siyasi istiqamətini Avropa tərəfindən götürüb - ŞƏRH -  <a href='https://www.32gun.az/news/26127/kadirovcular-priqojincilerle-qarsi-qarsiya-gelseler-siyasi-serhci' target='blank'>32gun.az</a>

Mövzu barəsində 32gun.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, müttəfiqliyin pozulmasına səbəb "Vaqner"in hakimiyyətin və Müdafiə Nazirliyinin siyasətindən narazı qalmasıdır.

Burada həm də "Vaqner"in təchizatı məsələsi dayanır ki, bu təchizat Müdafiə Nazirliyi tərəfindən uğurla həyata keçirilmir. Əksinə ona mane olurlar:

"Priqojinin Putinə qarşı olmasının digər əsas səbəbi də vahid plan çərçivəsində hərəkət etmələridir"

Bundan sonra baş verə biləcəklər fonunda isə Ə.Əlibəyli "Güman etmək olar ki,  1-2 günə "Vaqner" cəzalanacaq. Buradan 2 nəticə çıxa bilər 

Kadırovçular Priqojinçilərlə yəni "Vaqner"lə qarşı-qarşıya gələ bilər və  hər ikisinin zəifləməsini görə bilərik. İkinci ehtimalda isə daxili üsyan və savaş prizması verilib.

Ukrayna biabrçılığından yaxa qurtara bilərlər.

Üçüncüsü, Rusiya xalqını səfərbər edə və inandıra bilərlər ki, Rusiya dövləti təhlükə qarşısındadır. Buna nail olsalar mərkəzdə güclü hakimiyyət yaradıb, Ukrayna cəbhəsinə rus xalqının getməsini səfərbər edə bilərlər",- deyə qeyd edib. 

Aysel Şirinova

Oxşar Xəbərlər