HADİSƏ

Axşam saatlarında DƏHŞƏTLİ XƏBƏR: Ölən və yaralananlar var

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

32gun.az apa-ya istinadən xəbər verir ki,  hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Ağcabədi rayon sakini, Nazim Abbasovun idarə etdiyi minik avtomobili qəfildən yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan ailə - 1975-ci il təvəllüdlü Aynur Abbasova, 1997-ci il təvəllüdlü Ayşən Əbdülhəsənli, 1993-cü il təvəllüdlü Şəhriyar Əbdülhəsənli, 2017-ci il təvəllüdlü Əkbər Əbdülhəsənli və 2021-ci il təvəllüdlü Tuncay Əbdülhəsənli müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar rayon mərkəzi xəstəxanasına aparılıblar. Sürücü N. Abbasov dünyasını dəyişib.

İlkin məlumata görə, sürücü hadisədən əvvəl ürəktutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Oxşar Xəbərlər