HADİSƏ
Bu gecə dəhşətli hadisədə ölənlərin SİYAHISI (FOTOLAR)
Bu gecə Salyanda baş vermiş yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.
32gun.az APA-ya istinadla xəbər verir ki, Ölənlər Lənkəran rayon sakinləri Fərziyev Məhərrəm Balaxanı oğlu (1966), onun arvadı Fərziyeva Xanim Həmid qızı və qardaşı Fərziyev İlqar Balaxanı oğludur.
***
00.03
Salyan rayonunda ağır qəza baş verib.
APA xəbər verir ki, Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Marışlı kəndindən keçən hissəsində (Yolüstü restoranəndan 2 km Bakıya tərəf ) 99 NA 636 dövlət nömrə nişanlı VAZ-2105 markalı maşının su kanalına aşması nəticəsində hadisə yerində 3 nəfər - 1 qadın, 2 kişi dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Maşın Yardımlı sakini Əhədov Rəhman Şəkur oğluna məxsusdur.