SİYASƏT ÖZ XƏBƏR

Hakan Fidan Atatürk və Heydər Əliyevin bu sözlərini xatırlatdı

Xəbər verdiyimiz kimi, ölkəmizdə səfərdə olan Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər toplantısında iştirakdan sonra Heydər Əliyevin  anadan olmasının 100-cü ildönümü ilə bağlı çıxış edib. 

32gun.az xəbər verir ki, Heydər Əliyevin Türkiyə üçün də  xüsusi bir ad olduğunu və hər zaman ehtiramla xatırlandığını deyən Hakan Fidan Azərbaycan-Türkiyə qardaşlığından da danışıb:

"Məhz Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” ifadəsi qırılmaz əlaqələrimizin olduğunu təsvir edir. Bu əslində bir şüar deyil, qardaşlığımızın, həmrəyliyimizin, birliyimizin əsl tərifidir. Biz bu tərifi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz,  kədəri kədərimizdir” ifadəsinin tamamlayıcısı kimi görürük. Tarix də inancımızın bir olduğuna şahiddir".

Aysel Şirinova

Oxşar Xəbərlər