DÜNYA ÖZ XƏBƏR

ŞOK: Bir neçə gün öncə intihara cəhd edən yeniyetmə yüksək vəzifəli şəxsin qızı imiş (FOTO)

Bir neçə gün əvvəl Türkiyənin İzmir şəhərində 18 yaşlı yeniyetmə 8-ci mərtəbədən özünü ataraq intihar edib. 

32gun.az xəbər verir ki, polis hava yastığının köməyi ilə Azra Elibolun həyatını xilas edə bilib. Yeniyetmənin atasının kimliyi isə hər kəsi təəccübləndirib. 

Məlum olub ki, o  əvəllər Marmaristəki daşınmaz əmlak şirkətinin sahibi olmuş, hazırda isə Avropa İttifaqı və Böyük Britaniya Lordlar Palatasının mentor müəllimi kimi fəaliyyət göstərən İCF sertifikatlı Fatih Eliboldur. 

İnkişaf etdirdiyi ELB sistemi ilə "Mən insan aşiqiyəm. Mənim sistemim sevgi ilə bu dünyadaki bütün canlıların varlığı haqqındadır” deyən Elibolun həyat və insanlar haqqında mühüm məlumatlar verdiyi də məlum olub. 

Qeyd edək ki, iş adamı bir müddət əvvəl həyat yoldaşından boşanıb və hazırda ailəsindən ayrı İstanbulda yaşayır. 

Beyin qanaması keçirmiş və hazırda komada olan Azranın atasına bağlı olduğu, intiharın səbəbinin də məhz ailəvi problemlərlə bağlı olduğu iddia edilir. 

Aysel Şirinova

Oxşar Xəbərlər