Rusiya Ukraynada 4845 əcnəbi muzdlu döyüşçünü zərərsizləşdirib
32gun.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov məlumat yayıb. Mətbuat katibi həmçinin 4801 əsgərin Ukrayna ərazisindən qaçdığını da bildirib.
Yayılan məlumatda Ukrayna ordusuna ən çox əsgər göndərən ölkələr sırasında ABŞ, Kanada və digər Avropa dövlətlərinin adı çəkilib.
Münaqişələrin başladığı 24 fevral 2022-ci ildən bu yana 84 ölkədən 11 min 675 əcnəbi muzdlu döyüşçünün Ukrayna Silahlı Qüvvələrinə qatılmaq üçün gəldiyini qeyd edən Konaşenkov, ən çox muzdlu döyüşçünün 2022-ci ilin mart-aprel dövründə gəldiyinə diqqət çəkib.
Onun sözlərinə görə hazırda Ukrayna ordusunda 2029 muzdlu əsgər döyüşür.
Aysel Şirinova