DÜNYA ÖZ XƏBƏR

Tanınmış siyasətçiyə silahlı hücum: Ayağından güllələdilər

İzmirdə AK Partiya  üzvü Nedim Aslan silahlı hücuma məruz qalıb.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, tanınmış siyasətçi hücum zamanı ayağından tapança ilə vurulub.

N.Aslan xəstəxanaya çatdırılıb, səhhətinin yaxşı olduğu bildirilib. Hadisəni törədən silahlı şəxs hadisə yerindən qaçıb. Dəhşətli hadisə günorta saatlarında Anadolu prospektindəki bir iş yerində baş verib.

Polis qaçan şübhəlinin şəxsiyyətinin müəyyən edilərək tutulması istiqamətində işlərə başlayıb.

Ayxan

Oxşar Xəbərlər