Əskişəhər İstiqlal məhəllısi Porsuk Bulvarı adlanan ərazidə əhali həyəcan dolu dəqiqəlırə şahid olub.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, həmin ərazidə yerləşən Bölgə Səhiyyə Müdirliyinin əlavə xidmət binası qarşısında naməlum şəxs tərəfindən unudulan şübhəli çamadan polisi hərəkətə keçirib.
Hadisə yerinə sövq edilən polislər ətrafda geniş təhlükəsizlik tədbirləri alıb. Ətrafda piyadaların və avtomobillərin hərəkəti dayandırılıb. Həmçinin ətrafda yerləşən çay evinin sakinləri də ehtiyat tədbiri olaraq çölə çıxarılıb. Bomba zərərsizləşdirilməsi üzrə mütəxəssis xüsusi paltarını geyinərək şübhəli çamadana detonator qoyub. Ərazidə bir-birinin ardınca sirenlər səsləndikdən sonra şübhəli çamadan idarə olunan partlayışla məhv edilib. Partlayan çamadanı araşdıran əməkdaşlar, universitetə hazırlıq kitabları ilə qarşılaşıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ayxan