Kenyada 12 nəfərin meyitinin tapılması ilə aclıq aksiyasında ölənlərin sayı 351-ə çatıb.
32gun.az xəbər verir ki, aclıq aksiyasının keçirilmə səbəbinin təfərrüatları məlum olub.
Belə ki, Good News International kilsəsinin kahini Paul Makenzi kilsəsindəki insanlara ac qalaraq Hz.İsaya qovuşa biləcəklərini deyib.
Polisin keçirdiyi əməliyyatda 45 nəfər saxlanılıb, 95 nəfər aksiyada iştirak edənlər isə sağ halda tapılıb.
Kenya polisi radikal dini qrupların axtarışı barədə əməliyyatların davam etdirildiyini bildirib.
Aysel Şirinova