ABŞ-ın Kaliforniya ştatında təyyarə anqarın (təyyarələrin saxlanıldığı və təmir olunduğu yer) damına çırpılaraq qəzaya uğrayıb.
32gun.az xəbər verir ki, havadan görüntüləri çəkilən qəzada pilot möcüzə nəticəsində sağ qalıb. Öldüyü düşünülən pilot təyyarədən yeriyərək çıxıb.
Görüntülərdən isə təyyarənin ön hissəsinin və qanadının yararsız hala düşdüyü, qəzanın böyük miqyaslı olduğu məlum olub.
Hadisə yerinə xilasetmə qrupları cəlb olunub. Təyyarənin qəzaya uğrama səbəbi isə hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.
Aysel Şirinova


