DÜNYA ÖZ XƏBƏR

Toy günü faciə - Bəy öldü

Tunusda toy zamanı bədbəxt hadisə baş verib.

32gun.az xəbər verir ki, 33 yaşlı Əziz Karambalı adlı vətəndaş nikah kəsilməsindən sonra sevincini bildirmək məqəsdilə dostlarıyla birgə hovuza atılıb.

Bu zaman hovuzda olan elekrtik  bəyi və dostlarını vurub.  Təcili Tibbi Yardım əməkdaşlarının səyinə baxmayaraq bəyin həyatını xilas etmək mümkün olmayıb. Bəyin dostları isə xəstəxanaya çatdırılıb. 

Aparılan araşdırmalar nəticəsində hovuzun yaxınlığındakı elektrik dirəyinin nasaz olduğu buna görə suya elektrik sızması keçdiyi məlum olub.

Aysel Şirinova

Oxşar Xəbərlər