Türkiyənin Karabük bölgəsində adı açıqlanmayan tələbə gəncin başına iş gəlib.
Azərbaycanlı tələbə barmağına ilişmiş nişan üzüyünü çıxarmaq üçün müxtəlif üsullara əl atsa da, buna nail ola bilməyib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, barmağında göyərmə və şişkinlik yaranan tələbə vəziyyəti ciddi qəbul edərək xəstəxanaya müraciət edib.
Lakin xəstəxanada üzüyü çıxarmaq mümkün olmayanda yanğınsöndürənlərdən kömək istənilib. Yanğınsöndürənlər barmaq və üzük arasına bant sıxacını yerləşdirərək həll yolu tapmağa çalışıblar. Nəhayət, üzük dəmir kəsmək üçün istifadə olunan alətlə gənc tələbənin barmağından kəsilərək çıxarılıb.
Ayxan